Vaziani hərbi bazasından 5 nəfər hərbçi virus əlamətləri ilə klinikaya aparılıb
Vaziani hərbi bazasından 5 nəfər hərbçi virus əlamətləri ilə klinikaya aparılıb.
Hərbçilər Tbilisi Dövlət Tibb Universitetinin Bir Saylı Universitet Klinikasına yerləşdirilib. Klinikanın direktoru Levan Ratianinin sözlərinə görə, qeyd olunan şəxslərin analizi səhər Luqar mərkəzinə göndərilib.

“Bir neçə saat əvvəl bizim klinikaya beş nəfər hərbçi gətirildi. Onlarda qrip və qripə oxşar əlamətlər qeydə alınıb, yuxarı tənəffüs yolları problemi də var. İndiki mərhələdə laboratoriya analizi aparılır. Eləcə də sabah səhər koronavirusa görə bioloji material götürüləcək və Luqar mərkəzinə göndəriləcək. İndiki mərhələdə onların vəziyyəti stabildir”, – Levan Ratiani bildirib.

Hərbçilərin Marneulidə olub-olmaması ilə bağlı suala Ratiani cavab verib ki, bu onun səlahiyyətinə daxil deyil.

Levan Ratianinin məlumatına görə, indiki mərhələdə aparılmış tədqiqatlarda patoloji dəyişikliklər qeydə alınmayıb.

Qeyd edək ki, hazırda Gürcüstanda yeni koronavirusa 77 nəfər yoluxub, onlardan 10 nəfəri sağalıb.

Mənbə: İnterPressNews
Print
თეგები: covid-19