DİN özünütəcrid qaydalarını pozduğuna görə 3 nəfəri cərimələyib
Daxili İşlər Nazirliyi özünütəcrid qaydalarını pozduğuna görə üç nəfəri 3000 lari həcmində cərimələyib və onlar məcburi karantinə yerləşdiriliblər.

“Bütün fiziki və hüquqi şəxslər fövqəladə rejimə riayət etməyə məcburdurlar. Rejimi pozmaq inzibati məsuliyyətə səbəb olacaq. Təkrar törədildiyi halda isə cinayət məsuliyyətinə cəlb olunacaqlar”, — DİN-nin bəyanatında yazılıb.




Marneulidə və Bolnisidə 23 mart tarixində karantin elan olunub.
Print
თეგები: covid-19