"Kənd təsərrüfatı baxımından heç bir problem yaranmayacaq" - Zaur Darğallı
“Kənd təsərrüfatı baxımından heç bir problem yaranmayacaq. Vətəndaşların öz torpaq sahələrini becərmək və müxtəlif gübrələr gətirmək imkanları var. Buna görə heç bir məhdudiyyət qoyulmayıb. Əgər vətəndaşlar məhsuli satmağa aparmaq istəyirsə, maşın mütləq Tbilisidən gəlməlidir”, — bu bəyanatı Zaur Darğallı 28 mart tarixində keçirdiyi brifinqdə verib və bildirib ki, əgər vətəndaş kiçik ailə biznesi ilə məşğuldursa, indiyə kimi məhsulu öz maşını ilə satmağa aparırdısa, onları bələdiyyə siyahıya alacaq və güman ki, Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi prosesə qoşulacaq.

Marneuli və Bolnisi bələdiyyələrində 23 mart tarixində karantin elan olunub. Hökumət bu qərarı Marneulili qadının koronavirusa yoluxmasından sonra qəbul edib. Müəyyən məhdudiyyətlər tətbiq olunsad a tibb işçilərinin yazdığı protokola əsasən Marneuli və Bolnisi vətəndaşlarına kənd təsərrüfatı işləri ilə məşğul olmağana icazə verilib.


"Marneuli" Radiosu


Print
თეგები: covid-19