Marneulinin buraxlış məntəqələrində maşınların sayı azalıb (FOTO)
Marneulinin buraxlış məntəqələrində bu gün, 1 aprel tarixində sakitlik idi. Ötən günlərlə müqayisədə maşınların sayı azalıb. Tbilisiyə getmək üçün icazə gözləyənlərin sayı da az idi.



Ortayaşlı bir qadın hər gün buraxlış məntəqəsinə getməli olur. O, Tbilisi xəstəxanalarının birində olan övladına yemək çatdırmaq üçün gedir.



Polislər vətəndaşlara məlumat almaqda kömək edirlər, tibbi müəssisələrə zəng vururlar və klinikanın həmin xəstəni qəbul edib etməyəcəyini araşdırırlar. Klinikadan razılıq verilən halda bələdiyyəni tərk etməyə icazə verilir.



Marneuli və Bolnisi bələdiyyələrində 23 mart tarixindən sərt karantin rejimi elan edilib. Hökumət Marneulili qadında koronavirus aşkarlandıqdan sonra bu qərarı qəbul edib.

"Marneuli" Radiosu
Print
თეგები: covid-19