Müdafiə və Təhlükəsizlik Məsələləri üzrə Vətəndaş Şurası, Maks
Plank Beynəlxalq Sülh və Qanunun Aliliyi Fondu ilə birlikdə
Almaniya Hökumətinin dəstəyi ilə Gürcüstanda layihə həyata keçirir:
Gənclər plüralizm və demokratiya üçün.
Layihənin məqsədi Gürcüstan gənclərini demokratik proseslərə,
müxtəlifliyə və gender bərabərliyinə təşviq etməyə dəstək
göstərməkdir. Layihənin Kvemo Kartli Təşəbbüs Qrupu "Vətəndaş
Öhdəliyi" mövzusunda esse müsabiqəsi elan edir. Müsabiqənin məqsədi
gənclərin özlərini ifadə etmələri üçün imkanlar yaratmaq və yerli
inkişaf prosesində iştiraklarını artırmaqdır.
Meyarlar:
Şrift: Sylfaen
Şrift ölçüsü: 12
Aralıq: 1.5
Həcmi: 500 sözdən az olmamalıdır
Hədiyyə
Müsabiqənin münsifləri üç qalibi müəyyən edəcək,
mükafatlandırılacaqlar:
Birinci yerin sahibi - 150 lari
II yerin sahibi - 100 lari
III yerin sahibi - 50 lari
İştirak şərtləri:
Kvemo Kartlidən 18-35 yaş arası etnik azərbaycanlılar
Yazıların təqdim edilməsi üçün son tarix:
10 Oktyabr, 2021
Qəbul aşağıdakı kimidir:
Müəllif, ad və soyadını, əlaqə nömrəsini və yazının elektron
versiyasını aşağıdakı ünvana göndərməlidir:
This e-mail address is being protected from spambots. You need JavaScript enabled to view it