Gürcüstan Prezidenti Fransaya işgüzar səfər edib
Gürcüstan Prezidenti Salome Zurabişvili Fransaya işgüzar səfər edib.

Bu barədə Prezident Administrasiyasının mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Salome Zurabişvili Parisdə Gürcüstan Demokratik Respublikasının Fransa tərəfindən tanınmasının 100 illiyinə həsr olunmuş tədbirlərdə iştirak edəcək.

S. Zurabişvilinin, həmçinin Parisdə gürcü diasporunun üzvləri ilə görüşlər keçirəcəyi bildirilib.

Mənbə: apa.az
Print ელ. ფოსტა
FaceBook Twitter Google