Rustavidə yol-nəqliyyat hadisəsi baş verib[foto]
Rustavi şəhərinin 19-cu mikrorayonunda avtomobil qəzası baş verib.

“İnfo Rustavi”nin məlumatına görə, “Toyota” və “Mercedes” markalı avtomobillər toqquşub.

Qəza zamanı sərnişinlərdən biri xəsarət alıb. Xəsarət alan şəxsə təcili tibbi yardım briqadası tərəfindən hadisə yerində ilkin tibbi yardım göstərilib.

Hadisə yerinə patrul polisi də səfərbər edilib.





Mənbə: inforustavi.ge
Print