Ərdoğan: "İran sağlam düşüncə ilə hərəkət edərsə, Azərbaycanla arasında heç bir problem olmaz"
13:39 / 27.10.2021
"Ümid edirik ki, İran sağlam düşüncə ilə hərəkət
edəcək. Əgər belə olarsa, İranla Azərbaycan arasında heç bir
problem olmayacaq".
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan səfərdən
qayıdarkən jurnalistlərin suallarını cavablandırarkən deyib.
"Azərbaycan Prezidenti İlham Əliyev qətiyyətli
mövqedədir və heç bir güzəştə getmir. O dedi: “Biz İsrailə
heç bir güzəşt etmirik. Biz İsraillə hər cür mal mübadiləsi edə
bilərik. Biz müxtəlif ölkələrlə necə davranırıqsa, İsraillə də bu
cür əlaqələrimiz var və gələcəkdə də bunu davam
etdirəcəyik”.
Bu məsələlərdə ölkələr bir-birinin qərar mexanizmlərinə təsir
etməməlidir və edə bilməz. Ümid edirik ki, İran burada sağlam
düşüncə ilə hərəkət edəcək. Əgər belə olarsa, İranla Azərbaycan
arasında heç bir problem olmayacaq".