Sinoptiklər noyabrın 1-dən Gürcüstanda isti və əsasən yağmursuz hava şəraiti proqnozlaşdırırlar
Ətraf Mühit Milli Agentliyinin məlumatına görə, Gürcüstanın qərbində noyabrın 1-dək isti və yağmursuz hava şəraiti davam edəcək. Havanın temperaturu +17, +22 dərəcə təşkil edəcək.

"Oktyabrın 27 və 30-da Şərqi Gürcüstanın bəzi yerlərində az yağış yağacaq, duman olacaq. Havanın temperaturu +9, +14 dərəcə təşkil edəcək. Digər günlərdə yağış gözlənilmir, havanın temperaturu +12, +17 dərəcəyədək yüksələcək.

Noyabrın 1-dən ölkənin əksər rayonlarında isti və əsasən yağmursuz hava şəraiti gözlənilir",
- deyə Ətraf Mühitin Mühafizəsi üzrə Milli Agentlikdən bildiriblər.

Oktyabrın 27 və 30-da Tbilisidə az yağış yağacağı, duman olacağı gözlənilir. Havanın temperaturu +10, +12 dərəcə təşkil edəcək, digər günlərdə yağış gözlənilmir, havanın temperaturu +14, +16 dərəcəyədək yüksələcək. Noyabrın 1-dən hava 4-5 dərəcə istiləşəcək.

Mənbə: Birinci Kanal
Print ელ. ფოსტა
FaceBook Twitter Google