Ukraynanın tanınmış jurnalisti Dmitri Qordonun Gürcüstana daxil
olmasına icazə verilməyib.
Bu barədə yerli mətbuat yazıb.
Bildirilib ki, həyat yoldaşı ilə Tbilisiyə gələn jurnalist hava
limanında saxlanılıb. Onların hər ikisinin Ukraynaya geri döndüyü
bildirilir.
D.Qordon deyib ki, onlara Gürcüstana buraxılmamalarının səbəbi
bildirilməyib.
Qeyd edək ki, D.Qordon Gürcüstanın keçmiş prezidenti Mixeil
Saakaşvilinin tərəfdarıdır. O, siyasətçinin azad edilməsini tələb
edir. Jurnalistlə yanaşı M.Saakaşvilinin ukraynalı vəkili,
Kiyevdəki ofisinin rəhbəri və Ukraynadan gələn daha bir neçə nəfər
Gürcüstana buraxılmayıb.