Cəsarətin olsa, öz mitinqində mənimlə debat edərdin – Saakaşvili İvanişviliyə
Gürcüstanın keçmiş Prezidenti Mixeil Saakaşvili “Gürcü Arzusu”-nun təsisçisi Bidzina İvanişviliyə müraciət edib.

“Pəncərələri bağladın, telefon əlaqəsini kəsdin, məni məhkəməyə deyil, adi xəstəxanaya yerləşdirməyə qorxursan. Sənin həqiqətən cəsarətin olsa, məni həmin dəyərli mitinqinə çıxarardın və öz gətirdiyin xalqın qarşısında, orada mənimlə debat təşkil edərdin”, – Saakaşvilinin müraciətində deyilir.

“Gürcü Arzusu” bu gün, saat 17:00-da Azadlıq Meydanında aksiya keçirəcək.

Mənbə: Netgazeti
Print