“Formula” teleşirkətinin və “TV Pirveli”-nin məlumatına görə,
Azadlıq Meydanında “Gürcü Arzusu”nun keçirdiyi aksiyanın
iştirakçıları jurnalistləri təhqir edərək döyüblər.
Teleşirkətin məlumatına görə, “Formula”-nın jurnalisti Rati
Tsveravanı təhqir ediblər. O, 5 iyulda homofobiya aksiyası zamanı
xəsarət alıb:
“Gürcü Arzusunun aksiyasına getmiş vətəndaşlar
Formulanın jurnalisti Rati Tsveravanı təhqir edərək döyüblər.
Aksiya iştirakçıları aqressivdirlər və digər media nümayəndələrinə,
operatorlara qarşı da aqressiv yanaşırlar”, — Formula
kanalından bildiriblər.
“Pirveli” kanalının məlumatına görə isə aksiya iştirakçısı onların
jurnalistinin mikrofonuna siqaret basıb. Kanaldan DİN-ə müraciət
etməyi planlaşdırır.
“Netgazeti” baş vermiş hadisə ilə bağlı Gürcüstan Daxili İşlər
Nazirliyi ilə əlaqə saxlamağa çalışır. Qurumdan cavab alan kimi
məqalə yenilənəcək.