MSK yeni seçilmiş sakrebuloların ilk iclasını dekabrın 3-nə təyin edib
Yeni seçilmiş sakrebulonun ilk iclasının tarixi məlumdur. 3 dekabr 2021-ci il saat 12:00-da Gürcüstanın bütün ərazisində sakrebuloların ilk iclasları keçiriləcək.

MSK bununla bağlı dünənki iclasında qərar qəbul edib.

Müxalifət və qeyri-hökumət sektoru MSK-nı 2022-ci il büdcə layihəsinin müzakirəsi və ya təsdiqi daxil olmaqla, öz fəaliyyətini həyata keçirməsinə imkan yaratmaq üçün yeni çağırılan sakrebulonun ilk iclasını vaxtında təyin etməyə çağırıb.

Mərkəzi Seçki Komissiyasının məlumatına görə, komissiya sakrebuloların səlahiyyət müddəti ilə bağlı qanunla müəyyən edilmiş qaydalara uyğun fəaliyyət göstərir.
Gürcüstanın Seçki Məcəlləsinə əsasən, MSK dekabrın 13-dən gec olmayaraq seçkilərin yekun nəticələrini yekunlaşdırdıqdan sonra 30 gün ərzində Gürcüstanın bütün ərazisində bələdiyyənin nümayəndəli orqanının - sakrebulonun birinci iclasını çağırır. MSK noyabrın 13-də Tbilisi meri seçkilərinin ikinci turuna və 2 oktyabr 2021-ci il Tbilisi sakrebulo seçkilərinin nəticələrinə yekun vurub.

Bu gün Batumi və Zuqdididə 2017-ci il sakrebuloları 2022-ci ilin büdcəsini təsdiqləyib və bunun ardınca müxalifətin etirazları baş verib.

Mənbə: Publika
Print ელ. ფოსტა
FaceBook Twitter Google