Dövlət sektorunda maaşlar artacaq - baş nazir
Gələn il dövlət sektorunda əmək haqqı təxminən 10 faiz artacaq və bu, birdəfəlik dəyişiklik olmayacaq, - Gürcüstanın baş naziri İrakli Qaribaşvili hökumətin bugünkü iclasında bildirib.

Baş nazir bunun birdəfəlik dəyişikliyin olmayacağını bildirib və yaxın illərdə bunun daha da artacağını qeyd edib.

İrakli Qaribaşvilinin sözlərinə görə, pandemiyaya baxmayaraq, 2022-ci ilin büdcə layihəsində əsaslı xərclər azalmayıb.

“2022-ci ilin büdcə layihəsində əsaslı xərclər azaldılmayıb. Biz 5,9 milyard lari planlaşdırmışıq ki, bu da ÜDM-in 9,1 faizini təşkil edir. Onu da qeyd edim ki, söz verdiyimiz kimi, gələn il büdcədə dövlət sektorunda maaşların təxminən 10 faiz artırılması nəzərdə tutulub və bu, artacaq, bu, birdəfəlik dəyişiklik olmayacaq, qarşıdakı illərdə də artacaq”, - deyə İrakli Qaribaşvili bildirib.


Mənbə: report.ge

Print ელ. ფოსტა
FaceBook Twitter Google
დაიცავი დისტანცია