Yaxın günlərdə mübarizə daha da şiddətlənəcək və dayanmayacaq - Saakaşvili

Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvili Qori Hərbi Hospitalından növbəti məktubu yayıb.



Mixeil Saakaşvilinin məktubda qeyd etdiyi kimi, DTX bu günlərdə həkimlərin qəti şəkildə əleyhinə olmasına baxmayaraq, onun Qoridən həbsxanaya qaytarılacağı ilə bağlı fəal şayiələr yayır.

“Bütün bunlar, birincisi, məni və fəallarımızı şantaj etmək, ikincisi, diqqəti yayındırmaq və rejimin nəfəs almasına vaxt qazanmaq üçün edilir. Nika Melianın DTX tərəfindən tamamilə qeyri-qanuni və gülünc çağırılması da buna xidmət edir. Nika çox düzgün və ləyaqətlə cavab verdi.

Mən İvanişviliyə demək istəyirəm ki, məni hara aparmaq istəyirsən – mən artıq işgəncələrə və qeyri-insani rəftara məruz qalmışam və siz daha məni təəccübləndirə bilməzsiniz. Qarşıdakı günlərdə mübarizə şiddətlənəcək və sizin məğlubiyyətinizə qədər dayanmayacaq. Yaxud da gec olmadan ağlınıza gəlib milli barışığa gəlsəniz, bu, hamı üçün ən yaxşı həll yolu olar”, - deyə Mixeil Saakaşvili yazıb.

Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvili 50 günlük aclıq aksiyasından sonra Qori Hərbi Hospitalında müalicə olunur.

Mənbə: Publika

 

Print