“Droa” partiyasının lideri Elene Xoştaria Gürcüstanın üçüncü
prezidenti ilə Qori Hərbi Hospitalında görüşüb.
Xoştarianın görüşdən sonra bildirdiyinə görə, konkret məqsədlərə
çatmaq üçün siyasi mübarizəsini davam etdirir.
“Bu hakimiyyətlə bir gün də döyüşsüz yaşamaq mümkün deyil.
Mübarizədə çox aydın vəzifəmiz var, bu, fövqəladə seçkidir və heç
kim onun hansısa manipulyasiya ilə arxa plana keçəcəyini
düşünməsin. Növbədənkənar seçkilər olmadan, qeyri-legitim hökumət
və ələ keçirilən qurumlar qarşısında bu ölkədə qorunan adam yoxdur.
Mənim aydın vəzifəm isə Mixeil Saakaşviliyə qarşı revanş aktını
dayandırmaqdır. Söhbət siyasi məqsədəuyğunluq və bəyənmə və ya
bəyənməmək məsələsi deyil. Mixeil Saakaşvili ilə mən müxtəlif
platformalardayıq, bu barədə danışdıq. Bununla belə, o, bu
vəziyyətdə olduğu müddətdə mən dincələ bilmərəm”, -
deyə Xoştaria bildirib.