"Saakaşvili bu vəziyyətdə olduğu müddətdə mən dincələ bilmərəm", - Xoştaria bildirib
“Droa” partiyasının lideri Elene Xoştaria Gürcüstanın üçüncü prezidenti ilə Qori Hərbi Hospitalında görüşüb.

Xoştarianın görüşdən sonra bildirdiyinə görə, konkret məqsədlərə çatmaq üçün siyasi mübarizəsini davam etdirir.


“Bu hakimiyyətlə bir gün də döyüşsüz yaşamaq mümkün deyil. Mübarizədə çox aydın vəzifəmiz var, bu, fövqəladə seçkidir və heç kim onun hansısa manipulyasiya ilə arxa plana keçəcəyini düşünməsin. Növbədənkənar seçkilər olmadan, qeyri-legitim hökumət və ələ keçirilən qurumlar qarşısında bu ölkədə qorunan adam yoxdur. Mənim aydın vəzifəm isə Mixeil Saakaşviliyə qarşı revanş aktını dayandırmaqdır. Söhbət siyasi məqsədəuyğunluq və bəyənmə və ya bəyənməmək məsələsi deyil. Mixeil Saakaşvili ilə mən müxtəlif platformalardayıq, bu barədə danışdıq. Bununla belə, o, bu vəziyyətdə olduğu müddətdə mən dincələ bilmərəm”,
- deyə Xoştaria bildirib.

Mənbə: report.ge

Print