Dmitri Peskov - NATO "qırmızı xətləri" tanımır, bu bizim xoşumuza gəlmir
NATO kifayət qədər aqressiv mövqe nümayiş etdirir və heç bir qırmızı xətt tanımır. Bu, Rusiyanın xoşuna gəlmir. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “Russia Today” telekanalına müsahibəsində “Moskva öz maraqlarını sığortalayır” deyib.

O bildirib ki, Rusiya öz maraqlarını qoruyur.

“Biz indi NATO-nun kifayət qədər aqressiv olduğunu görürük. Biz cənab Stoltenberqin və Amerikanın müxtəlif nümayəndələrinin ritorikasını görürük. Heç bir qırmızı xətti tanımamaqdan danışırlar – bu bir, ikincisi, deyirlər ki, NATO nə istəsə, edəcək, üçüncüsü - istədiyi ərazidə bunu edəcək, dördüncüsü, bütün bunları Rusiyanı çəkindirmək üçün edir. Bu, bizim xoşumuza gəlmir. Biz bunu öz maraqlarımızı sığortalamaq üçün edirik",
- deyə Peskov bildirib.

Mənbə: İnterPressNews
Print