Gürcüstanın Baş naziri İrakli Qaribaşvili gələn ilin 17-21 yanvar
tarixində Davos şəhərində keçiriləcək Dünya İqtisadi Forumuna (DİF)
dəvət alıb.
Bu barədə Gürcüstanın hökumət Administrasiyasından bildirilib.
DİF-in təsisçisi və icraçı sədri Klaus Şvabın dəvət məktubunda
forumun əhəmiyyəti və gələcək əməkdaşlığın möhkəmləndirilməsi üçün
dünyanın siyasi, biznes və vətəndaş cəmiyyətinin aparıcı
liderlərinin bir araya gəlməsinin zəruriliyi vurğulanıb.
“Forum iştirakçıları Sizin Gürcüstanın dayanıqlı və
ədalətli iqtisadi inkişafı ilə bağlı fikirlərinizi dinləmək
imkanına görə minnətdar olacaqlar”, - məktuda
deyilir.