COVID 19-un Omicron ştamı dünyanın 57 ölkəsində tapılıb.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) qlobal epidemioloji
vəziyyətə dair həftəlik bülletenində bildirilib.
"Hazırda 57 ölkədə Omicrona yoluxma halları müəyyən
edilib. İndiyədək müəyyən edilmiş halların əksəriyyəti səyahətlə
bağlıdır, lakin bu dəyişə bilər", - deyə ÜST
bildirib.
Qeyd olunub ki, son iki ayda qeydə alınan COVID-19-a yoluxma
hallarının 99,8%-nin “delta” ştamına yoluxmadır.
Mənbə: apa.az