Özurqetidə quldurluq faktına görə bir nəfər saxlanılıb
Gürcüstan Daxili İşlər Nazirliyinin Özurqeti rayon şöbəsinin əməkdaşları həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş 1968-ci il təvəllüdlü Q.L.-nı. quldurluq etmək ittihamı ilə saxlayıblar.

“İstintaq müəyyən edib ki, Q.L. Ozurqeti şəhərinin Kostava küçəsində yerləşən “Lukoyl” yanacaqdoldurma məntəqəsində operatora hücum edərək 550 lari məbləğində pulu tapança ilə hədələyərək alıb və hadisə yerindən qaçıb”, - Daxili İşlər Nazirliyinin bəyanatında deyilir.

Onların sözlərinə görə, polis əməliyyat-axtarış tədbirləri nəticəsində hadisədən bir neçə gün sonra təqsirləndirilən şəxsi saxlayıb.

Hadisə ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 179-cu maddəsi ilə istintaq aparılır. Törədilən cinayətə görə beş ildən yeddi ilədək həbs cəzası nəzərdə tutulur.

Mənbə: Birinci Kanal
Print