Gürcüstandan Azərbaycana narkotik vasitənin keçirilməsinin qarşısı alınıb
Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gedən "DAF" markalı yük avtomobili saxlanılıb və sürücü şifahi sorğu-sual olunub.

Komitənin yaydığı məlumata görə, sorğu-sual zamanı sürücü idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirsə də, üzərində olan gödəkçənin cibindəki sellofan torbadan qablaşdırması ilə birgə ümumi çəkisi 36 qram olan narkotik vasitə - marixuana aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: report.az
Print