Zurab Azaraşvili Türkiyənin Gürcüstandakı səfiri ilə görüşüb
Gürcüstanın İşğal Olunmuş Ərazilərdən Məcburi Köçkünlərlə İş, Əmək, Səhiyyə və Sosial Müdafiə naziri Zurab Azaraşvili Türkiyə Respublikasının Gürcüstandakı səfiri Fatma Ceren Yazqanla görüşüb.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, tərəflər arasında cari əməkdaşlıq məsələləri və gələcək planlar müzakirə edilib.

Məlumata görə, söhbət əsnasında Türkiyədən Gürcüstana yüksək keyfiyyətli GMP standartlı dərman preparatlarının idxalı da müzakirə olunub və qeyd olunub ki, ölkəyə gətiriləcək dərman məhsulları qiymətləri xeyli aşağı salacaq. Görüşdə tərəflər covid 19-un idarə mexanizmləri də müzakirə edilib.

Zurab Azaraşvili Türkiyə səfirinə səhiyyə sahəsində davam edən və həyata keçirilən layihələrə göstərdikləri dəstəyə görə təşəkkür edib. Fatma Ceren Yazqan isə öz növbəsində gələcək əməkdaşlığa hazır olduqlarını bildirib.

Mənbə: Birinci Kanal
Print ელ. ფოსტა
FaceBook Twitter Google