Azərbaycana səfər edən Gürcüstan vətəndaşlarının sayı artıb
2021-ci ildə Azərbaycana səfər edən Gürcüstan vətəndaşlarının sayı artıb. Məlumata görə, 2020-ci illə müqayisədə Gürcüstandan gedənlərin sayı 66 % artıb.

Bu barədə Azərbaycan Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumatda deyilir ki, ötən il Azərbaycana 167 ölkədən 791,8 min və yaxud əvvəlki ilə nisbətən 0,5 % az əcnəbi və vətəndaşlığı olmayan şəxs gedib.

"Onların 4,6 %-i yanvar, 4,5 %-i fevral, 5,7 %i mart, 5,8 %-i aprel, 6,5 %-i may, 8,5 %-i iyun, 10,6 %-i iyul, 9,7 %-i avqust, 9,4 %-i sentyabr, 11,5 %-i oktyabr, 10,9 %-i noyabr, 12,3 %-i isə dekabr ayında Azərbaycana səfər edib. Gələnlərin 82 %-ni kişilər, 18 %-ni qadınlar təşkil edib.

2021-ci ildə ölkəmizə gələnlərin 32,6 %-i Rusiya, 25 %-i Türkiyə, 15,8 %-i İran, 7,9 %-i Gürcüstan, hər birindən 2,2 % olmaqla Ukrayna və BƏƏ, 1,2 %-i Böyük Britaniya, 1,1 %-i Səudiyyə Ərəbistanı, 0,9 %-i Qazaxıstan, 0,8 %-i İsrail, hər birindən 0,7 % olmaqla Almaniya, Belarus və Hindistan, 0,6 %-i ABŞ, 0,5 %-i Özbəkistan, hər birindən 0,4 % olmaqla İtaliya və Pakistan, 0,3 %-i Türkmənistan, 6 %-i digər ölkələrin vətəndaşları olub.

2020-ci illə müqayisədə Gürcüstandan gələnlərin sayı 66 %, Hindistandan - 55,3 %, Səudiyyə Ərəbistanından - 26 %, Özbəkistandan - 20,3 %, Qazaxıstandan - 18,5 %, Belarusdan - 5,1 % azalıb, BƏƏ-dən gələnlərin sayı 2,2 dəfə, İrandan - 72,2 %, ABŞ-dan - 69,3 %, Almaniyadan - 67,7 %, İsraildən - 57 %, Böyük Britaniyadan - 33,7 %, İtaliyadan - 24 %, Türkiyədən - 23,3 %, Rusiyadan isə 14,7 % artıb.

İl ərzində Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 53,8 % artaraq 35,4 min nəfər, Körfəz ölkələrindən gələnlərin sayı 43,7 % artaraq 159 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 8,9 % artaraq 297,7 min nəfər olub",
– məlumatda deyilir.

Azərbaycana gedən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 49,8 %-i dəmir yolu və avtomobil, 48 %-i hava, 2,2 %-i isə dəniz nəqliyyatından istifadə edib.

Mənbə: report.ge
Print