Gürcüstanda ötən sutka ərzində koronavirusa 15 762 yoluxma sayı qeydə alınıb
Gürcüstanda ötən sutka ərzində koronavirusa 15 762 yeni yoluxma faktı qeydə alınıb. 42 nəfər həyatını itirib.

Bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Məlumata əsasən, daha 5 160 nəfər müalicə olunaraq sağalıb, 42 pasiyent isə vəfat edib.

Hazırkı dövrədək ölkədə COVID-19 infeksiyası 1 075 154 nəfərdə aşkarlanıb. Onların 972 745-i sağalb, 14 774-ü isə ölüb.
Print ელ. ფოსტა
FaceBook Twitter Google