İkinci Kosalı kəndində yaşayan 27 yaşlı Sürəyya Səfərova azyaşlı övladı üçün yardım istəyir
Marneuli rayonunun İkinci Kosalı kəndində yaşayan 27 yaşlı Sürəyya Səfərova yardım istəyir. O, “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, 1 yaş 3 aylıq övladı yeriyə bilmir. Çünki uşağın ayağının biri qısadır, o da onu incidir. Səfərovanın sözlərinə görə, onu müayinə etdirmək üçün imkanları yoxdur.

“Mənim özüm də, uşağım da xəstədir. Uşağımın ayağının biri qısadır. Ayağı qısa olduğuna görə, uşaq yeriyə bilmir. Yerimək istəyəndə isə incidir və uşaq ağlayır. Ürəyində iki dənə deşik var. Biri 3 digəri isə 4 millimetrdir. Çəkisi 9 kiloqramdır, uşaqda inkişaf getmir. Uşağı müayinə etdirmək istəyirəm, imkanımız yoxdur. Müayinəyə pul tapırıq, ondan sonra dərman preparatlarını ala bilmirik. Ürəyini yoxlatmaq istəyirəm, imkanımız olmur. Adicə uşağım birdən xəstələnir. Temperaturu qalxır, onu aşağı salmağa dərman ala bilmirəm. Yardımla bağlı bir neçə yerə müraciət etmişəm. Amma uşağıma kömək etmək üçün sənət istəyiblər. Xəstəxanadan onu da verməyiblər. Həkimlər deyir ki, ürəyindəki deşiyin özü birləşəcək. Müalicə lazımdır, onu da almağa imkanımız yoxdur”, – Sürəyya Səfərova dedi.

Sürəyya Səfərova indi İkinci Kosalıda həyat yoldaşı və uşağı ilə birlikdə atası evində qalır. O, deyir ki, iş yeri yoxdur. İş olsaydı, yoldaşı gedib işləyərdir.

“Anam rəhmətə gedib. 91 yaşlı atam var. 5 ögey qardaşı var. Yoldaşım Lejbəddin kəndindəndir. Yoldaşım da həbs olunmuşdu. 6 ay həbsdən sonra buraxdılar. İş yoxdur ki, yoldaşım gedib, işləsin. Kənddə iş olanda da gedib işləyib, qəpik-quruş qazanır. O, da yetərli olmur. Qaynatamgil məni istəmədilər, uşağımla bərabər məni Lejbəddindən qovdular. Yoldaşım da mənimlə atam evinə köçdü. İndi atamın yanında yaşayırıq. Sadəcə sosial yardım alırıq. Meriyadan da heç bir köməklik almırıq. Bir də İmam Əli məscidi, xeyriyəçi insanlar kömək edirlər. Onlar da ərzaq gətirirlər”, – Sürəyya Səfərova əlavə etdi.

Səfərovanın sözlərinə görə, onlar ayda 150 lari sosial yardım alırlar. Bu da onlara kifayət etmir.

Səfərova ailəsi ilə əlaqə saxlamaq üçün +995 557 92 81 86 nömrəsinə zəng vura və yaxud maddi dəstək üçün GE84BG0000000528466356 bu hesaba nömrəsinə yardım köçürə bilərsiz.


"Marneuli" Radiosu

Warning: Invalid argument supplied for foreach() in /var/www/marneulifm.ge/public_html/templates/default/html/com_content/article/default.php on line 166
Print