Ulduz falı – Soyuqqanlı və səmimi olun
Qoç - işgüzar və şəxsi münasibətlər diqqət mərkəzində olmalıdır.
Gözlənilməz çətinliklər yeni əlaqələr sxemlərinin aranmasına rəvac
verəcək. İndi əsas məsələ sizin üçün təhlükəsizliyin əsasını təşkil
edən ünsürləri qorumaqdır. Tərəfdaşınız müstəqilliyini nümayiş
etdirəndə güclü emosional reaksiya verməyin.
Təmkinli olun və şəxsi münasibətlərdə sizi çoxdan bəri narahat edən
məqamı araşdırın.
Axşam saatlarını ev işlərinə həsr edin.
Buğa - işlərdə yaranan çətinliklər sizi daha diqqətli olmağa,
prosesi intensivləşdirməyə, ciddi söhbətə qatılmağa vadar edəcək.
Planlaşdırdığınız bəzi işləri yalnız təmkin və intizam sayəsində
reallaşdıra biləcəksiniz. Hadisələrin sizə sərfəli olan istiqamətdə
spontan inkişafını da gözləmək olar. Tərəfdaşlarla rolları düzgün
bölüşdürün, dərin ixtilaflar yaratmayın. Ümumi məqsədlər səyləri
sinxronlaşdırmaq zərurəti yaradır.
Emosiyalar həddən ziyadə olduğundan şəxsi münasibətlər üçün çətin
gündür.
Soyuqqanlı və səmimi olun.
Əkizlər - yaxın ətrafınızdakı insanların hisslərinə, gözləntilərinə
diqqətli olun. Kimsənin xətrinə dəyməyin, incitməyin, tənqidləri
müzakirə etməyin. Daha çox sual verin. Mahiyyətə varmağa çalışın.
Bir şərtlə ki, həmsöhbətiniz sizin marağınızı və ona xoş
münasibətini hiss etsin.
Bütün bunlar çətindirsə, müstəqil fəaliyyət göstərin.
Axşam saatlarında gəzintiyə çıxın, pozitiv emosiyalar alın.
İstirahət sizə prioritetləri müəyyənləşdirməyə, işə marağı bərpa
etməyə imkan verəcək.
Xəstəyə baş çəkmək, zəng və yazışma üçün əlverişli gündür.
Emosional olmayın, etiraflara qapılmayın.
Xərçəng - nigaranlıq və həyəcandan qorunmaq, yaşam arealınızı kənar
təsirlərdən hifz etmək istəyi ifrata varmasın. Qapalı məkan
yaradaraq hər kəsdən və hər şeydən təcrid olunmağa çalışmayın.
Dəyərlərinizi qoruyun.
"Mənim" kəlməsi xüsusi əhəmiyyət kəsb edir.
İşlərdə tempi bir qələr azaldın, ailəyə, evə, yaxınlara daha çox
diqqət yetirin. Ailə işləri üçün əlverişli zamandır.
Ailə üzvlərinin problemlərindən hali olun, onları dəstəkləyin.
Axşam saatlarında qonaq ola bilər.
Şir - diqqət mərkəzində olacaqsınız. Uğurlar və nailiyyətlərinizin
paxıllıq yaratmamasına çalışın. Yarışmayın, üstünlüklərinizi
nümayiş edirməyin. Enerjinizi gərəkli məcraya yönəldin. Adi
günlərdən fərqli olaraq uğurlu zamandır. Köhnə tanışlıqlardan biri
aktual məsələni həll etməyə təkan verəcək. Şəxsi münasibətlərdəki
problemin aradan qaldırılması, barışıq, təmasların
normallaşdırılması üçün əlverişli zamandır.
Günün ikinci yarısında stress və gərginlik yaradan məqamlar yarana
bilər. Yaşananları daha çox təcrübə əldə etmək, önəm verdiyiniz
insanlarla qarşılıqlı anlaşmaya nail olmaq imkanları kimi
dəyərləndirin. Situasiyanın diqtə etdiyi işlə məşğul olun.
Aktivliyi uzunmüddətli layihələr strategiyasına yönəldin. Planları
tərəfdaşlarla müzakirə edin.
Qız - fəaliyyət göstərdiyiniz və ya maraqlanızı reallaşdırdığınız
kollektivdə, yaxud qrupda emosiyalarınızın izharına imkan verməyin.
Köhnə planlar, ideyalara fikir verin. Problemin həllinə
həmfikirləri cəlb edin. Ətrafınızdakı insanların fəaliyyətini
pozitiv dəyərləndirin. Planlarınızı reallaşdırmaq üçün dəstək ala
bilərsiniz.
Gərginliyə düçar olmadan, ifrat yorulmadan görə biləcəyiniz işlərə
başlayın. Əks halda hər şeyin mürəkkəbləşdiyini, əhvalınızın
pisləşdiyini hiss edəcəksiniz. Rahat, qarşılıqlı fəaliyyətin rəvan
olacağı gündür.
Bir sıra məsələləri qeyri-formal vəziyyətdə müzakirə etmək
əfzəldir. Pozitiv olun.
Tərəzi - yaşımınızda ciddi dəyişikliklər başlanır. Hisslərinizdə
tam açıq olmayın, planlarınızı bölüşməyə tələsməyin. Qarşınızdakı
insanın sizə münasibətini dəqiq bilmirsinizsə, ehtiyatlı
davranın.
İşgüzar tərəfdaşlar və həmkarlarla münasibətlərdə soyuqqanlı olun,
təmaslara sərinlik gətirməyin. Ümumi problemlər, maraqlar sizi
birləşdirə bilər. Başqa işlərə ilginiz arta bilər. Çətinliklər iş
və əməkdaşlığın yeni variantına çıxışı sürətləndirir.
Mühüm xəbərlər gözləyin. Sizi narahat edən məsələlərə cavablar ala
biləcəksiniz. Səhhətinizə fikir verin.
Stresslərdən qurtulmağa çalışın.
Əqrəb - maliyyə vəsaitinizə qənaət edin. Məqsədə çatmaq üçün səylə
çalışmaq gərəkdir. Diqqət mərkəzində saxlamağınız gərəkən
obyektlərin sayı artır. İşinizi daha effektiv etməyə çalışın,
yardımçılar arayın. İnformasiya aramaq, bilik və təcrübəni artırmaq
üçün əlverişli gündür.
Axşam saatlarında normal istirahət edin.
Oxatan - qarşınızda yeni imkanlar və yeni yollar yaranır. Konkret
olanı seçin, diqqətinizi yayındırmayın. Cari işləri, xüsusilə də
maliyyə məsələlərini sürəkli nəzarətdə saxlayın. Birgə əmlak,
mirasla bağlı məsələləri həll etmək üçün uğurlu gündür.
Yaşamınızda başqasının pulları ilə bağlı mövzu peyda ola bilər.
Perspektivlər əlverişlidir.
İntuisiyanıza qulaq asın. Başqalarının zəiflik və nöqsanlarını
bağışlamağı bacarın.
Oğlaq - niyyətlər və istəklərinizi bacarıqlarınız və imkanlarınızla
uyğunlaşdırın. İşlərdə pozitiv dəyişikliklər olacaq. Emosional
təsirlərə dürüst reaksiya verin, hadisələri yanlış
dəyərləndirməyin. Təhlükəsizliyinizin təminatına nail olun,
münaqişəli situasiyalara qarışmayın. İmkanları əldən verməyin,
şanslardan iş üçün yararlanın. Bədxərclik etməyin. Pul sizə konkret
məqsədlər üçün gərək olacaq.
Dolça - peşəkar fəaliyyət arealında yeniliklərə başlaya bilərsiniz.
Şərait, ünsiyyət çevrəsi, ətrafınızdakı insanların kimliyi önəm
kəsb edir. Şəxsi işlər və maraqlara diqqət ayırın. Əsas
fəaliyyətinizlə bağlı yeni ideyalar yarana bilər.
Köçürmələr, alış-veriş etmək, cari xərclərlə bağlı tərəfdaşlarla
qarşılıqlı anlaşmaya nail olmaq mümkündür. Ünsiyyət çevrəsini
məhdudlaşdırın, müstəqil işləməyə çalışın. Emosionallıq səviyyəsi
yüksək olduğundan tələskən, düşünülməmiş addımlar atmayın.
Şikayətləri dinləyin. Öhdəsindən gələ bilmədiyiniz problemi
ürəyinizə salmayın.
Balıqlar - bu gün sizi maraqlandıran, arzuladığınız məqamlara daha
yaxınsınız. Narahat və nigaran qaldığınız nəsnəni əldə edə
bilərsiniz. Tələskən davranaraq yeni problemlər yaratmayın. Güclü
emosiyalara ehtiyacınız varsa, onları alacaqsınız.
Planlar, istəklər, iradlar çoxdur. Dəyişikliklərin intensiv
olacağını düşünməyin. İntuisiya güclüdür. Bununla yanaşı,
ətrafınızda mübhəm amillər güclənir. Kiminsə gizli təsiri, marağı
var.
Təmasların sayını azaldın. Sosial şəbəkələrdə ehtiyatlı olun.
Müşahidə edin, mühüm məlumatı paylaşmayın.