Ötən il Gürcüstanın xarici borcu 670,2 mln. ABŞ dolları artaraq 8,2
mlrd. dollara çatıb.
Bu barədə Gürcüstan Maliyyə Nazirliyinin 2021-ci ilin 31 dekabr
tarixinə olan göstəricilərə əsasən təqdim etdiyi hesabatında qeyd
olunub.
Bildirilib ki, xarici borcun 7,73 mlrd. dollarını hökumətin
borcları təşkil edir.
Ötən il Gürcüstanın Azərbaycana xarici borcu illik ifadədə 1,8 mln.
dollar azalaraq 4,2 mln. dollar təşkil edib.