Gürcüstanda daha 17 530 nəfər koronavirusa yoluxub, 39 nəfər ölüb
Gürcüstanda son sutkada daha 17 530 nəfərdə koronavirus infeksiyası
aşkarlanıb, 39 nəfər ölüb.
Bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında
bildirilib.
Məlumata əsasən, daha 5 087 nəfər müalicə olunaraq sağalıb.
Pandemiya başlayandan bu günədək ölkədə COVID-19-a 1 092 684 nəfər
yoluxub. Onların 977 832-si sağalıb, 14 813-ü isə dünyasını
dəyişib.