Samsung şirkəti 2022-ci ildə smartfonların istehsalı və satışının artacağını elan edir
Samsung bu il smartfonların istehsalını və satışını artırmağı hədəfləyir. Bu barədə “Reuters” yazıb. Nəşrin məlumatına görə, dünyanın ən böyük yaddaş kartları və smartfon istehsalçısı bu il çip istehsalının artacağını proqnozlaşdırır, baxmayaraq ki, Samsung ötən il olduğu kimi bu il də təchizat problemlərinin olacağını bildirir.

Şirkət 5G modellərinin artması fonunda mobil yaddaş kartlarına tələbatın artacağını proqnozlaşdırır.

Keçən ilə gəlincə, Samsung-un məlumatına görə, 2021-ci ilin dördüncü rübündə mənfəət 11,6 milyard dollar təşkil edib, baxmayaraq ki, bu rəqəmə baxmayaraq, analitiklər şirkətin mənfəətinin bazarın gözlədiyindən aşağı olduğunu bildiriblər.

Bu il proqnozlara gəlincə, Samsung, uzun bir pandemiya və çip çatışmazlığı ilə bağlı qeyri-müəyyənliyə baxmayaraq, smartfon satışlarının davam edəcəyini və şirkətin ikirəqəmli artım gözlədiyini bildirib.

Mənbə: Publika
Print ელ. ფოსტა
FaceBook Twitter Google