Bakı-Tbilisi-Ceyhan boru kəməri Gürcüstandan keçən strateji
obyektlərdən biridir.
Gürcüstan Neft və Qaz Korporasiyası beynəlxalq konsorsiumla
birlikdə 1768 kilometr uzunluğundakı boru kəmərinin Gürcüstan
hissəsinin idarə olunmasına cavabdehdir və hər ay istehlak olunan
neftin həcminə dair statistik məlumatlar dərc olunur.
Statistikaya əsasən, 2021-ci ildə Bakı-Tbilisi-Ceyhan boru
kəmərində neftin həcmi 26 milyon ton təşkil edib ki, bu da 2020-ci
illə müqayisədə 5% azdır və son 10 ildə boru kəmərinə yüklənmənin
minimum normasıdır.
Həmin dövrdə Bakı-Supsa kəməri ilə nəql olunan neftin həcmi 4,4
milyon ton təşkil edib ki, bu da 2020-ci illə müqayisədə 4% çoxdur.
Hər iki kəmərdə xam neftin bazar dəyəri hazırda 18,9 milyard
dollardır.
2020-ci ildə həyata keçirilən neft daşımasının həcmi 11,5% azalalıb
və boru kəmərinin yükü 27,6 mln ton olub.
Bakı-Tbilisi-Ceyhan boru kəməri 2006-cı ildə açılıb. O vaxtdan bəri
onun yükü 2010-cu ildə ən yüksək - 38,4 milyon ton olub.