Abxaziya və Cənubi Osetiya Gürcüstan deyil - Puşkov
Birincisi, Abxaziya və Cənubi Osetiya artıq Gürcüstan deyil. Orada yaşayan xalqlar özləri ayrılmaq istəyib. Necə ki, vaxtilə kosovalılar Serbiyadan ayrılmışdı. O zaman NATO heç nə soruşmadı.

Bunu rusiyalı senator Aleksey Puşkov NATO Baş katibi Yens Stoltenberqin Rusiyanın Gürcüstan, Ukrayna və Moldovadan öz qoşunlarını çıxarmasını tələb etməsinə cavab olaraq deyib.

“Rus sülhməramlıları Dnestryanıda Rusiya vətəndaşlarını qoruyurlar və hərbi münaqişəyə imkan vermirlər. Moldova hökuməti bunu təkbaşına etməyə qadir deyil. Ukraynada isə rus qoşunu ümumiyyətlə yoxdur”, - Puşkov bildirib.

Rus senator NATO Baş katibinə birinci özlərindən başlamağı və ABŞ və Türkiyə qoşunlarını Suriyadan, eləcə də Kosovadan çıxarmağı məsləhət görüb.
Print