Ulduz falı – İnadkar olun. Əzm göstərsəniz, problemi həll edə bilərsiniz
Qoç - Səbirli olun. Arzuladığınızı dərhal əldə etmək asan deyil.
Önəmli qələbələrə və ciddi irəliləyişə nail olmaq üçün səy
göstərin, tərəfdaş və ya müttəfiqin yardımlarından faydalanın.
Bədxahların planlarını pozmaq, rəqibləri üstələmək üçün qüvvəniz
yetərli deyil. Yardım təkliflərini qulaqardına vurmayın.
Yeni tanışlıqlardan biri yaşamınızda önəmli iz qoyacaq. Fəqət bilin
ki, yeni münasibət çətinliklə inkişaf edəcək, çətinliklərdən xali
olmayacaq.
İnadkar olun. Əzm göstərsəniz, problemi həll edə bilərsiniz.
Buğa - Müsbət təmayüllərin təsiri güclüdür. Gün uğurludur. Yeni
əməkdaşlığa başlamaq, müttəfiqlər və nüfuzlu hamiləri işə cəlb
etmək olar. Qarşı tərəfdə özünüzlə bağlı müsbət rəy yaratmağa
çalışın. Biznesdə və ya ticarətdə irəliləyişlərə nail olmaq
mümkündür.
Gəlirlər istisna deyil. Bir qədər əvvəl razılaşdırılmış
sövdələşmələr dividendlər verməyə başlayır. Şəxsi münasibətlərdə
müsbət dəyişikliklər olacaq.
Əkizlər - Çətin gün olsa da, xeyli dərs alacaqsınız. Başqalarının
səhvlərinə fikir verin. Həmin yanlışlıqların təhlili sizə
səhvlərinizin sayını azaltmağa imkan verəcək. Maliyyə və əmlakla
bağlı məsələləri həll etmək olar. Gəlirin bölüşdürülməsi
məqamlarını tərəfdaşla müzakirə edin.
Alış-veriş və sövdələşmələr üçün əlverişli vaxtdır.
Görüşlər yaxşı keçəcək. İnamlı, qətiyyətli olun. Qarşı tərəfi sizi
dinləməyə vadar edin. Daha təcrübəli insanlar sizi
dinləyəcəklər.
Ailədə kiçik fikir ayrılıqları olsa da, problemlər
yaranmayacaq.
Xərçəng - Günün yaradacağı çətinliklər o qədər də çox deyil.
İstənilən problemi ürəyinizə salmayın, xırda müşküllərdən dolayı
təbdən çıxmayın. Sizə maraqlı iş və ya məşğuliyyət təklif edəcək
insan olacaq. Pullarla ehtiyatlı olun. Xərclər çoxdur. Bədxərclik
etməyin.
Yaxın ətrafınızdakı insanların keçirdiyi hisslərin bir qismini olsa
belə, anlamağa çalışsanız, şəxsi münasibətlərdə problemlər
yaranmayacaq. Başqasının fəaliyyət sahəsinə və ya yaşam arealına
müdaxilə etməyin.
Şir - Yaxşı ideyalar və onların reallaşdırılması üçün enerji
qıtlığından şikayətlənə bilməzsiniz. Yeni ideyalar üçün əlverişli
zamandır. Genişmiqyaslı birgə layihələrə başlamaq olar.
İntellektual səviyyə yüksək olduğundan çətin məsələlərin həlli,
mühüm məsələlərə cavab tapa bilərsiniz. İşgüzar və şəxsi görüşlər
pis keçməyəcək. Çağırıldığınız yerə mütləq gedin.
Səfər və ya səyahət pis alınmayacaq. Yolda çox vaxt keçirməli
olsanız da, yorulmayacaqsınız.
Səhhətinizdə problemlər yaranmayacaq. Ağrılar olmayacaq.
Qız - Çoxdankı arzularınız və ya niyyətlərinizdən birini
reallaşdıra bilərsiniz. Yarımçıq qalan işi başa vurun. İşdə
yaxşılığa doğru dəyişikliklər baş verəcək. Həmkarlar və rəhbərliklə
münasibətləri normallaşdırın, bədxahları zərərsizləşdirin. Müstəqil
iş üçün əlverişli zamandır. Bununla belə, sizə yardımlarını təklif
edən insanlara rədd cavab verməyin.
Şəxsi münasibətlərdə təşəbbüskar olun. Yalnız bu minvalla pozitiv
dəyişikliklərə səbəb ola bilərsiniz. Günün ikinci yarısında
yaradıcılıq planlarından birini həyata keçirin. Yeniliklər və
mütərəqqi təcrübəyə laqeyd qalmayın.
Tərəzi - Hər şey istədiyiniz kimi asanlıqla əldə olunmayacaq. Lakin
qətiyyətli və iradəli olsanız, məqsədə çata bilərsiniz. Məhsuldar
çalışın. İş darıxdırıcı və rutin təsir bağışlasa da, kimsəyə imkan
verməyin ki, prosesə müdaxilə etsin. Yolunuzdan sapmayın.
Genişmiqyslı anlaşma və ya sövdələşmələri müzakirə etmək,
uzunmüddətli əməkdaşlıqla bağlı müqavilə imzalamaq olar. Yeni
tərəfdaşlar və sifarişçilər tapmaq olar.
Yaxınlarınızla təmaslarda diqqətli və səbirli olun. Onların
diqqətinizə və dəstəyinizə ehtiyacı var. Ailə üzvləri ilə həssas
olun.
Əqrəb - Məhsuldar fəaliyyət üçün əlverişli gündür. Peşəkar uğurlara
və nailiyyətlərə sahib olacaqsınız. Karyera müstəvisində
irəliləmək, maaşın artımına nail olmaq şansları var. İşdəki
situasiya rəhbərliklə söhbətdə seçəcəyiniz tondan asılıdır.
İntuisiyanıza güvənə bilərsiniz. Hüquqi məsələlərin həlli,
məhkəməyə üz tutmaq üçün pis gün deyil.
Səfər və ya səyahətin nəticəsi pis olmayacaq. Sevdiyiniz insanla
vaxtınızı xoş keçirə bilərsiniz.
Axşam saatlarında idmanla məşğul olun. Fizikri hərəkətlər orqanizm
üçün effektivdir.
Oxatan - Bir sıra məsələləri həll etmək üçün əlverişli zamandır.
Çətinlikləri çözmək üçün effektiv həll variantını arayın. Qarışıq
situasiyadan çıxış yolu tapın, əsas məsələni ikinci dərəcəli
işlərdən ayırın. Şəxsi münasibətlərdəki qarışıqlıq peşə
fəaliyyətinə təsir edə bilər.
Günün ikinci yarısında nüfuzlu şəxs fəaliyyətinizi görəcək.
Alış-veriş üçün yaxşı zamandır. Dəvət aldığınız tədbirə qatılın.
Kulinar eksperimentlər edə bilərsiniz. Axşam saatlarında qonaq
gələcək.
Oğlaq - Müttəfiqlər və dostlar sizə yardım edəcəklər. Onlar
vaxtında yardıma gələcək, yaxşı məsləhətlər verəcək, sizi
bədxahların hücumlarından müdafiə edəcəklər. İşgüzar tərəfdaşlar da
sizi darda qoymayacaqlar. Onların təkliflərini çox
düşünüb-daşınmadan qəbul etmək olar. Müstəsna, fenomenal ideyalar
yoxdur. Fəqət başqalarının ideyalarından yararlana bilərsiniz.
Yeni tanışlıqlara, perspektivdə faydalı ola biləcək münasibətlərə
başlamaq olar. Qəfil etiraf istisna deyil.
Dolça - Təmaslarla əlaqələrdə səlis, diqqətli olun. Etibara layiq
olmayan insanlara inanmayın. İfrat etimad problemlər yarada bilər.
İnanılmış tərəfdaşlar və köhnə müttəfiqlər fəaliyyətinizdə kobud
səhvlərin qarşısını almağa yardım edəcəklər. Şəxsi münasibətlərdə
yalnız intuisiyanıza güvənməyin.
Xoşagəlməz xəbərlərin alınması istisna deyil. Aldığınız məlumatları
yoxlayın. Kiminsə sizi aldatmağa çalışması göz qabağındadır. Yaşlı
qohumlarla mübahisə, ailədə fikir ayrılıqları ola bilər.
Balıqlar - İstənilən çətinlikdə layihəyə başlamaq üçün yaxşı
gündür. Yaxşı komanda yığmaq və ya planlarınızı həyata keçirməkdə
sizə yardımçı olacaq insanları cəlb etmək şansları az deyil.
Məntiqlə rəhbərlik edin, fərqlənənləri mükafatlandırın.
Şəxsi problemləri həll edin. Sevgilinizlə sizi narahat edən məsələ
barədə açıq danışın. Dil tapmaq çətin olmayacaq. Yeni layihə və ya
sifariş tapmaq çətin deyil.