Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatına görə, bu ilin yanvar
ayında Rusiya işğalçı qüvvələrinin nümayəndələri tərəfindən işğal
olunmuş Tsxinvali rayonu istiqamətində,
işğal xətti boyunca qanunsuz olaraq sərhədləşmə və digər fəaliyyət
növləri həyata keçirilib.
DTX-nın məlumatına görə, onlar Qori bələdiyyəsinin Mecvrisxevi
kəndi boyunca, eləcə də Cariaşeni kəndində işğal xəttində hər bir
qanunsuz fəaliyyəti müəyyən ediblər.
Qurumun məlumatına görə, yerli əhalinin işğal xəttindən kənarda
qalması ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil.
DTX bildirir ki, konkret insidentlə, eləcə də işğalçıların hər bir
təxribat fəaliyyəti ilə bağlı qaynar xətt fəaliyyətə başlayıb,
Gürcüstandakı EUMM-ə və Cenevrə Beynəlxalq Müzakirələrinin
həmsədrlərinə, həmçinin beynəlxalq tərəfdaşlara məlumat
verilib.