Marneuli gəncləri gender bərabərliyini təşviq etmək üçün layihədə iştirak etməyə dəvət olunur
Gender bərabərliyini təşviq etmək və ayrı-seçkilik yaradan gender normalarını dəyişdirmək məqsədilə Marneuli gəncləri “Gənclər Sosial Dəyişiklik naminə” layihəsində iştiraka dəvət olunur.

Layihədə 15-18 yaş arası Marneulili şagirdlər iştirak edə bilər.

“Təşəbbüsün məqsədi gənclərin rəhbərlik etdiyi yerli təşəbbüslər və bərabərhüquqlu şəxslərin səfərbər edilməsi yolu ilə sosial dəyişikliklər prosesinə cəlb olunmalarını artırmaqla gender bərabərliyini təşviq etmək və ayrı-seçkilik doğuran gender normalarını dəyişdirməkdir. Təlim moduluna qız və oğlanları öz təcrübələrinə və kontekstinə əsaslanaraq dəyişiklik prosesini asanlaşdırmaq üçün bilik və bacarıqlarından istifadə etməyə təşviq edən interaktiv, maraqlı və gənclərə yönəlmiş fəaliyyətlər daxildir”, - deyə qurumun bəyanatında qeyd olunur

Kvemo Kartli Bölgəsində Demokratik İştirak Mərkəzləri Şəbəkəsi Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu (UNFPA) və Birləşmiş Millətlər Təşkilatının Qadınlar (UNFPA) tərəfindən maliyyələşdirilən “Gürcüstanda Qadın və Qızlara Qarşı Zorakılığa Qarşı” (EVAWGG) proqramı çərçivəsində həyata keçirilən Sosial Dəyişiklik Naminə Gənclər Təşəbbüsünü Avropa İttifaqının dəstəyi ilə həyata keçirir.

Layihə üç mərhələdə həyata keçiriləcək.
  • I Mərhələ: Gənclər üçün Təlim (19-20 və 26-27 fevral 2022-ci il);
  • II Mərhələ: Təlimlər nəticəsində gənclər icmada gender bərabərliyi və sosial normalar problemlərinin həllinə yönəlmiş kiçik miqyaslı yerli təşəbbüslər hazırlamaq və həyata keçirmək üçün kiçik komandalara bölünəcəklər (mart, 2022);
  • III Mərhələ: İcmalarında və ətraflarında gender bərabərliyini təşviq etmək və gücləndirmək istəyən gənclər şəbəkəsinin yaradılması və həvəsləndirilməsi. Gənclər müxtəlif tədbirlərə cəlb olunacaqlar: Gənclər Gününü qeyd etmələri, Onlayn Bacarıqlar Düşərgəsi, Gənclər Forumu və s. (mart, 2022 - avqust, 2022);
Maraqlanan şəxslər layihədə iştirak etmək üçün fevralın 2-dək müraciət etməlidirlər.

Qeydiyyat forması: https://bit.ly/3AjAkFn

"Marneuli" Radiosu
Print