Kvemo Kartli üzrə dövlət nümayəndəsi Qiorqi Doxturişvilinin
təşəbbüsü ilə regionda küçələrə adların verilməsi prosesinə
başlanılması planlaşdırılır.
Məlumatı Kvemo Kartli bölgəsi yayıb və bildirilib ki, işçi iclasda
Şəhər Şurasının sədrləri ilə yanaşı, Regional İnkişaf və
İnfrastruktur Nazirliyinin və Dövlət Reyestrinin Milli Agentliyinin
nümayəndələri də iştirak ediblər.
Görüşdə dövlət nümayəndəsi indiyədək rayon əhalisinin böyük
hissəsinin prioritet ehtiyacı olan küçə adları məsələsinin
aktuallığından danışıb. Tərəflər bu istiqamətdə birgə həyata
keçiriləcək planları müzakirə ediblər. Söhbət zamanı səlahiyyətli
qurumlar tərəfindən hazırlanmış tövsiyələrə uyğun olaraq həyata
keçirilən prosessual normalardan danışılıb.
Təşəbbüslə bağlı prosedurlar, adların necə seçiləcəyi və bu
problemin nə qədər böyük olması barədə səhərdən bu mövzularda
Qiorqi Doxturişvilini yazmağa çalışırıq. Təfərrüatlar
dəqiqləşdirilərsə, material yenilənəcək.
Əsas şəkil: Kvemo Kartli Quberniyası