Mayın 13-dən etibarən təhsil hibrid formatda - TDU-da keçiriləcək
İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetindən verilən məlumata görə, 2021-2022-ci tədris ilinin yaz semestrində mayın 13-dən etibarən tədris prosesi qarışıq (hibrid) formatda keçiriləcək.

TDU-dan verilən məlumata görə, təhsil prosesinin şərtlərinin müəyyən edilməsi haqqında rektorun 2 avqust 2021-ci il tarixli əmrində müvafiq dəyişiklik edilib. Rektorun əmrinə əsasən, təhsil proqramının və ya onun tərkib hissələrinin formatı barədə qərar proqramların xüsusiyyətləri nəzərə alınmaqla müvafiq fakültə tərəfindən qəbul edilir. Bundan əlavə, 2021-2022-ci tədris ilinin yaz semestrinin yekun və əlavə imtahanları distant, əyani formada aparılacaq. Gürcüstanın işğal olunmuş ərazisində olan tələbələr üçün istisnalara icazə veriləcək.

TDU-nun auditoriyalarında mayın 2-də tədris-imtahan dövrü başlayıb və yekun hissəsi iyulun 13-də başa çatmalı olsa da, tələbələrin bir qismi bu qərara etiraz ediblər. Tələbələr rektordan koronavirusla əlaqədar tətbiq edilən distant təhsil modelinin ləğv edilməsi və tədris prosesinin yalnız auditoriyalara keçirilməsi ilə bağlı qaydanın dəyişdirilməsini xahiş ediblər. Tələbələrin dediyinə görə, onların bəzi tələbə yoldaşları Tbilisidə kirayə haqqının xeyli artması səbəbindən paytaxta gələ bilməyəcək və tam hüquqlu təhsil almaq imkanı olmayacaq.

TDU, distant təhsilin tələbələrin sinif otaqlarında ala biləcəyi təhsil səviyyəsini təmin etmədiyini və onlayn və/və ya hibrid təhsili tətbiq etmək niyyətində olmadığını bildirdi.

Mayın 11-də Tbilisi Dövlət Universitetinin tələbələri ilə rektorun görüşü nəticəsiz başa çatıb. Tələbələr qaydanı dəyişdirmək üçün Qiorqi Şarvaşidzeyə dünən saat 18:00-a qədər vaxt verib, əks halda aksiyanın davam etdiriləcəyini bildiriblər.

Daha sonra Tbilisi Dövlət Universitetinin saytında elan yerləşdirilib ki, mayın 13-dən tədris prosesi qarışıq (hibrid) formatda aparılacaq.
Mənbə: Netgazeti
Print