“Azərbaycan Ermənistanla münasibətləri normallaşdırmağa çalışır” – Akif Çağatay Kılıç
“Azərbaycan torpaqlarını işğaldan azad etdikdən sonra Ermənistanla münasibətləri normallaşdırmağa çalışır. Biz öz gələcəyimizi təmin etmək üçün səylərimizi birləşdirməliyik”.

Bunları Türkiyə Böyük Millət Məclisinin Xarici işlər komitəsinin sədri Akif Çağatay Kılıç Şuşa şəhərində Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin VII üçtərəfli iclasında deyib.

O, qeyd edib ki, parlamentlər və onların nümayəndələri öz xalqlarının təmsilçiləri kimi gələcək naminə çalışmalıdırlar. Türkiyə Azərbaycanı dəstəkləyir və inanır ki, tezliklə Ermənistanla Azərbaycan arasında münasibətlər yaxşılaşacaq, regionda davamlı sülh və sabitlik yaranacaq.

Mənbə: report.az
Print ელ. ფოსტა
FaceBook Twitter Google
დაიცავი დისტანცია