Gürcüstan və ABŞ arasında hərbi saziş imzalandı
Gürcüstanın müdafiə nazirinin birinci müavini Lela Çikovani və ABŞ
müdafiə nazirinin Rusiya, Ukrayna və Avrasiya məsələləri üzrə
köməkçisinin müavini Laura Kuper müdafiə sahəsində əməkdaşlığa dair
10 illik çərçivə sazişi imzalayıblar.
Çikovani sazişin Gürcüstan Silahlı Qüvvələrinin müdafiə
qabiliyyətinin artırılmasına töhfə verəcəyini bildirib.
O, bildirib ki, sənəd 2021-ci ilin oktyabrında Gürcüstan və ABŞ
müdafiə nazirləri Cuanşer Burçuladze və Lloyd Ostin tərəfindən
Tiflisdə imzalanmış “Gürcüstan üçün müdafiə və çəkindirmə
tədbirlərinin gücləndirilməsi təşəbbüsü”nün davamıdır.