Marneuli bələdiyyəsinin Mədəniyyət, Klub, Kitabxana və Muzey
Birliyi təyyarə biletlərinin alınması üçün tender elan edib. Tender
təklifinə görə, Mədəniyyət Mərkəzində fəaliyyət göstərən “İberia”
xoreoqrafik ansamblı XXXIII beynəlxalq folklor, rəqs və musiqi
festivalına dəvət olunub. Festival “Praqa ulduzu 2022” adlanır.
Bunun üçün ansamblın 31 üzvü Praqaya getməlidir.
Marneuli Mədəniyyət Mərkəzi “İberia” ansamblının 31 üzvü üçün
biletlərin və baqajın alınması üçün 34 000 lari dəyərində tender
elan edib.
“31 rəqqas üçün növbəti istiqamətlərdə təyyarə biletlərinin
alınmasına ehtiyac var:
Uçuş istiqaməti: 06.08.2022-ci il, Kutaisi-Vyana,
Qayıtmaq: 12.08.2022-ci il, Praqa-Kutaisi.
Baqaj üçün 6 ədəd yük (hər biri 32 kq). Baqajda rəqqasların
səhnə-xoreqorafik kostyumları nəzərdə tutulub”, –
Mədəniyyət Mərkəzinin elan etdiyi tenderdə qeyd olunub.
Marneuli Mədəniyyət Mərkəzi tərəfindən elan edilmiş tenderdə
iştirak etmək istəyən şirkətlər 30 maydan 1 iyuna qədər
təkliflərini göndərə bilərlər.
Qeyd edək ki, Mədəniyyət Mərkəzinin, Marneuli Bələdiyyə Məclisinin
qərarı ilə, 13 may tarixində büdcə 65000 lari dəyərində artırılıb.
Bələdiyyə Məclisinin iclasında Marneuli meriyasının Maliyyə-Büdcə
Xidmətinin rəhbəri Vüqar Məmmədov qeyd edib ki, Mədəniyyət
Mərkəzinə ayrılmış pulun bir qismi “İberia” ansamblının nəqliyyat
xərclərinə ayrılıb. Bir qismi isə planlaşdırlımış fəaliyyətə və
mövcud ehtiyaclara xərclənəcək.