Ağməmədli kəndində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
Bu gün, 26 may tarixində səhər saatlarında Marneuli rayonunun Ağməmədli kəndində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində iki nəfər dünyasını dəyişib. Məlumata görə, yüksək sürətlə hərəkət edən "Opel" markalı avtomobil Ağməmədli kəndindən olan 12 yaşlarında uşağı vurub. Daha sonra isə avtomobil hasara çırpılıb. Qəza nəticəsində uşaq və Qaçağan kənd sakini olan 26 yaşlı sürücü hadisə yerində dünyasını dəyişib.

Şahidlərin sözlərinə görə, hadisə 12 yaşlı uşaq mal-qaranı yoldan keçirən zaman baş verib. Onların dediyinə görə, qəzanın baş verdiyi əraziyə təcili tibbi yardım briqadası çağırılsa da, gec gəlib. Təcili yardım gələnədək, uşaq artıq dünyasını dəyişib.

Hadisə yerinə xilasetmə qrupu və polis də cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Print ელ. ფოსტა
FaceBook Twitter Google
დაიცავი დისტანცია