Ölkəmiz Avropa ailəsinin üzvü olmağa layiqdir - Baş nazir
"Dünyada xristianlığı dövlət dini kimi tanıyan ilk ölkələrdən biri. O vaxtdan bəri bizim bütün inkişafımız bugünkü Avropanın da əsasında duran İncil dəyərləri ilə müəyyən edilib", - Baş nazir İrakli Qaribaşvili Müstəqillik mərasimindəki çıxışında deyib.

Hökumət başçısının sözlərinə görə, Avropa mədəni sərvətlərinin ən mühüm nailiyyəti Gürcüstan İntibah dövrüdür, VI Vaxtanq və Sulxan-Saba dövrlərində, sonralar II Erekle dövrlərində ölkəmizdə təhsil və sənayeləşmə Avropa ilə daban-dabana inkişaf etmişdir.

“Müasir gürcü dövlət təfəkkürünün banilərinin - İliya Çavçavadze, Niko Nikoladze, İvane Cavaxişvili və digər böyük vətənpərvərlərin fəaliyyəti Avropa dəyərlərinin və həyat tərzinin, Avropa institusional quruluşunun bərqərar olmasına yönəlmişdi, ona görə də müasir Gürcüstan belə bir prinsipə əsaslanır və bunun üçün xalq və hökumət fədakarcasına işləyir.


"Bu irs və bugünkü nailiyyətlər Şərqlə Qərbin sərhəddində yerləşən qədim ölkəmizin özünəməxsus tarixi, mədəniyyəti və dili ilə həqiqətən vahid böyük Avropa ailəsinin layiqli üzvü olmağa layiq olduğuna inamımızı gücləndirir", -
İrakli Qaribaşvili deyib.

Mənbə: BM
Print ელ. ფოსტა
FaceBook Twitter Google
დაიცავი დისტანცია