“Müharibəyə son qoymağın yeganə yolu Rusiyaya qarşı güc
tətbiq etməkdir”.
Bunu Böyük Britaniyanın xarici işlər naziri Liz Trass deyib.
“Rusiyanı cilovlamaq mümkün deyil. Buna ancaq güc yolu
ilə nail olmaq mümkündür. Biz Ukraynada uzanan və getdikcə daha
ağır nəticələrə səbəb olan savaşın qarşısını
almalıyıq”, - o söyləyib.
Diplomat bildirib ki, Qərb Rusiyanın Gürcüstanın bir hissəsini,
Krımı və Donbası işğal etməsindən tarixi dərs götürməlidir:
“Biz Ukraynanın qələbəsini təmin etməkdən ötrü Rusiyaya
sanksiyalar tətbiq etməkdə amansız olmalıyıq. Həmçinin Kiyevə hərbi
yardımları davam etdirməliyik”.
Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynanın
bütün torpaqlarını işğaldan azad edənədək qarşı tərəflə mübarizə
aparacağını vurğulayıb.
Mənbə: report.az