Azərbaycan ilə Gürcüstan arasındakı dostluq əlaqələrinin qədim
tarixi var. Biz əsrlər boyu mehriban qonşu olmuşuq. Bu gün də
ikitərəfli əlaqələr çox yüksək səviyyədədir və strateji tərəfdaşıq.
Bu sözləri Gürcüstan xarici işlər nazirinin müavini Laşa Darsaliya
söyləyib.
Azərbaycan xalqını 28 May - Müstəqillik Günü münasibətilə təbrik
edən nazir müavini deyib ki, regiondakı mürəkkəb vəziyyətə
baxmayaraq, bizim əlaqələrimiz daha da möhkəmlənib. “Bizim
ikitərəfli münasibətlərimiz öz unikallığı ilə seçilir. Biz iki dost
və qardaş ölkələr olaraq çalışırıq ki, sülhü və təhlükəsizliyi
qoruyub saxlayaq. İnanıram ki, bizim münasibətlərimiz bundan sonra
daha da inkişaf edəcək və möhkəmlənəcək”, - deyə nazir müavini qeyd
edib.
Mənbə: azertac.az