Bu gün Azərbaycan xalqının tarixində çox əlamətdar bir gündür.
Azərbaycan xalqı milli bayramı Müstəqillik Gününü qeyd edir. Mən
dost və qardaş Azərbaycan xalqını ürəkdən təbrik edirəm.
Bu sözləri Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri
söyləyib.
Nazir deyib: “Azərbaycan daim inkişaf edir və möhkəmlənir.
Azərbaycan günbəgün çiçəklənir və bu, bizi çox sevindirir. Mən
qardaş Azərbaycan xalqına sülh, əmin-amanlıq və firavanlıq
arzulayıram”.
Mənbə: azertac.az