Ruslar Donetsk vilayətində 14 yaşayış məntəqəsini bombalayıb, ölən və yaralananlar var
Ukrayna mətbuatı Ukrayna Milli Polisinə istinadən xəbər verir ki, Rusiya qüvvələri son sutka ərzində Donetsk vilayətində 14 yaşayış məntəqəsini bombalayıb, ölən və yaralananlar var.

“Ruslar gün ərzində rayonda 21 zərbə endiriblər – polis hərbi cinayətləri qeydə alıb. İşğalçılar 14 yaşayış məntəqəsini bombalayıblar. Ölən və yaralananlar var. 32 mülki obyekt - yaşayış binası, yanğınsöndürmə idarəsi, istirahət mərkəzi, tikinti və kənd təsərrüfatı müəssisəsi və mühüm infrastruktur məhv edilib", - məlumatda deyilir.

Onların sözlərinə görə, Rusiya qüvvələri Avdiivka, Liman, Baxmut, Svyatoqorsk, Jeleznoye, Nikolaevka, Krasnoqorovka, Toretski, Raiqorodok, Donetsk, Nyu-York, Privolye, Şumı və İaqodnoeni bombalayıb.

Print ელ. ფოსტა
FaceBook Twitter Google