Ukrayna mətbuatı Ukrayna Milli Polisinə istinadən xəbər verir ki,
Rusiya qüvvələri son sutka ərzində Donetsk vilayətində 14
yaşayış məntəqəsini bombalayıb, ölən və yaralananlar var.
“Ruslar gün ərzində rayonda 21 zərbə endiriblər – polis
hərbi cinayətləri qeydə alıb. İşğalçılar 14 yaşayış məntəqəsini
bombalayıblar. Ölən və yaralananlar var. 32 mülki obyekt - yaşayış
binası, yanğınsöndürmə idarəsi, istirahət mərkəzi, tikinti və kənd
təsərrüfatı müəssisəsi və mühüm infrastruktur məhv
edilib", - məlumatda deyilir.
Onların sözlərinə görə, Rusiya qüvvələri Avdiivka, Liman, Baxmut,
Svyatoqorsk, Jeleznoye, Nikolaevka, Krasnoqorovka, Toretski,
Raiqorodok, Donetsk, Nyu-York, Privolye, Şumı və İaqodnoeni
bombalayıb.