Rusiya gəmisi Ukraynanın Mariupol liman şəhərinə daxil olub və
metal yükləməyə başlayıb,
- Rusiya KİV-ləri xəbər verir.
Onların sözlərinə görə, liman nümayəndəsi bildirib ki, bazar ertəsi
gəmi Rusiyanın Rostov-na-Donu şəhərinə təxminən 2700 ton metal
aparacaq.
Xatırladaq ki, Mariupolda həftələrlə Rusiya qüvvələri tərəfindən
mühasirəyə alınan ukraynalı əsgərlər tərəfindən qorunan Azovstal
polad zavodu var.
Ukraynanın ombudsmanı Lyudmila Denisova Mariupoldan metalın
çıxarılmasının talançılığa bərabər olduğunu deyib.
“Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərində
talanlar davam edir.Ukrayna taxılını talayandan sonra işğalçılar
Mariupoldan metal məmulatları ixrac etməyə
başlayıblar", - deyə Denisova bildirib.