İşğal altında olan Mariupol şəhərində Rusiya gəmisinə metal yüklənir
Rusiya gəmisi Ukraynanın Mariupol liman şəhərinə daxil olub və metal yükləməyə başlayıb, - Rusiya KİV-ləri xəbər verir.

Onların sözlərinə görə, liman nümayəndəsi bildirib ki, bazar ertəsi gəmi Rusiyanın Rostov-na-Donu şəhərinə təxminən 2700 ton metal aparacaq.

Xatırladaq ki, Mariupolda həftələrlə Rusiya qüvvələri tərəfindən mühasirəyə alınan ukraynalı əsgərlər tərəfindən qorunan Azovstal polad zavodu var.

Ukraynanın ombudsmanı Lyudmila Denisova Mariupoldan metalın çıxarılmasının talançılığa bərabər olduğunu deyib.

“Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərində talanlar davam edir.Ukrayna taxılını talayandan sonra işğalçılar Mariupoldan metal məmulatları ixrac etməyə başlayıblar", - deyə Denisova bildirib.

Print ელ. ფოსტა
FaceBook Twitter Google