Ukrayna prezidenti Vladimir Zelenski Böyük Britaniyanın baş naziri
Boris Consonla telefonla danışıb,
- prezident Zelenski Twitter-də məlumat paylaşıb.
Onun sözlərinə görə, Böyük Britaniyanın baş naziri ilə danışıqlarda
əsas diqqət müdafiə dəstəyinin gücləndirilməsi, təhlükəsizlik
zəmanətləri üzərində işlərin gücləndirilməsi və Ukraynaya yanacaq
tədarükü ilə bağlı olub.
“Müntəzəm dialoq çərçivəsində Boris Consonla daha bir telefon
danışığım oldu. Biz Ukraynanın müdafiəsinə dəstəyin
gücləndirilməsi, təhlükəsizlik təminatları üzərində işin
gücləndirilməsi və Ukraynaya yanacaq tədarükü barədə danışdıq. Biz
qida böhranının qarşısını almaq və limanları blokdan çıxarmaq üçün
birlikdə işləməliyik", - deyə Zelenski yazıb.